"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

Live.az-ın məlumatına görə, “köhlən atlar” Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Beləliklə, Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə "Viktoriya"ya uduzan "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri