“Air France” aviaşirkətinin təyyarəsinin uçuşu zamanı pilotlar arasında dava olub
- 31.08.2022, 04:01,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Air France” aviaşirkətinin iki pilotu uçuş zamanı təyyarənin kabinəsində dalaşıblar.
Bu barədə “Report” “La Tribune”ya istinadən xəbər verir.
Məlumata görə, onlar işdən kənarlaşdırılıblar.
Bildirilir ki, davaya Cenevrədən Parisə uçarkən onlardan birinin əmrə tabe olmaqdan imtinası səbəb olub, uçuşdan az sonra tərəflər arasında dava baş verib. Stüardessalar kabinədə səs eşidib və onları ayırmağa gediblər.
Ekipaj üzvlərindən biri yeni davanın qarşısını almaq üçün uçuşun qalan hissəsini narazı pilotların arxasında oturaraq keçirməli olub.
“Air France” şirkətinin sözçüsü kabinədəki davanı "qətiyyən yaraşmayan davranış" adlandırıb. Aviaşirkət “Airbus A320”də baş verən insident zamanı dava olduğunu təsdiqləyib.
Aviaşirkət həmçinin qeyd edib ki, insident uçuşun təhlükəsizliyinə təsir etmədən başa çatıb.
Fransanın Mülki Aviasiya Təhlükəsizliyi Təhqiqat Təşkilatının hesabatında deyilir ki, pilotlar istintaqa qədər işdən kənarlaşdırılıb.