Türkiyə Prezidenti Yunanıstana xəbərdarlıq edib


“Yunanıstan Türkiyəyə necə münasibət göstərəcəyi barədə ətraflı düşünəcək. Əks halda hər dəfə dediyim kimi, bir gecə qəfil gedə bilərik”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə keçirdiyi brifinqdə bildirib.

“Son həftələr çıxışlarımda Yunanıstanla bağlı açıqlamalarım, yəqin ki, diqqətinizi çəkib. Müdafiə Nazirliyimiz lazımi müzakirələri aparır. Yuanıstan baş verənlərin fərqindədir və buna görə hərəkətlərini tənzimləməyə başlayıb”, - o söyləyib.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri