Gəncədə Ekoloji Park Kompleksinin tikintisi davam edir





Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin “Gülçülük sahəsi”ndə yaradılan Ekoloji Park Kompleksində işlər davam etdirilir.

Hazırda burada ümumi sahəsi 2100 kvadratmetr olan 3 mərtəbəli oranjereya binasının inşası həyata keçirilir. Ümumi hündürlüyü 22 metr olacaq binanın əsas hissəsi dəmir, beton, metal və şüşə-vitraj konstruksiyalarından yığılacaq. Burada müxtəlif gül, çiçək, ağac və digər nadir bitki növləri yetişdirilərək, ziyarətçilərə nümayiş olunacaq.









 
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri