“Qarabağ”ın futbolçusu: “Ayntraxt” keçiləsi rəqibdir”
- 19.08.2013, 12:23,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Xəzər Lənkəran”la oyunumuz çətin keçdi. Yaxşı ki, qalib gəldik”. Bu fikirləri APA-ya açıqlamasında “Qarabağ”ın gürcüstanlı futbolçusu Nikolas Gelaşvili deyib.
Mövsümlərarası fasilədə ölkəmizə gələn hücumçu Avropa Liqası oyunlarında qol şanslarını qaçırdığına görə qınaq obyekti olsa da, çempionatımızda öz sözünü deyir.
Təsadüfi deyil ki, millisinin də üzvü olan futbolçu Topaz Premyer Liqasında son 2 matçda meydanı qolsuz tərk etmir. Maraqlıdır ki, “Bakcell Arena”da fərqlənən Nikolas əvvəlcə “Sumqayıt”a, indi isə “Xəzər Lənkəran”a qalib gəldikləri oyunda rəqib qapısına yol tapıb: “Bu, yaxşı qələbə idi. Bizə vacib olan 3 xalı yaxşı oyunla qazandıq. Sevinirəm ki, mən də vurduğum qolla bunda pay sahibim oldum. Ancaq ən yaxşı odur ki, komandamız qalib gəldi”.
Gelaşvilinin “Qarabağ”a Almaniyanın “Bohum” klubundan gəldiyini nəzərə alsaq, Avropa Liqasında “Ayntraxt” haqda fikirləri maraqlıdır. Hücumçunun sözlərinə görə, ilk oyunun Bakıda olmağı yaxşı haldır: “Doğma meydan amili, azarkeş dəstəyindən istifadə edib, bizə sərfəli nəticə qazanmalıyıq. Buna nail olsaq, şanslar ən azı 50-50-dir. Almaniyaya üstünlüklə yollansaq, bundan yararlanıb, rəqibi keçmək olar. Fikrimcə, “Qarabağ” çox yaxşı komandadı və ümidsizliyə qapılmalı bir şey yoxdur. “Ayntraxt” keçiləsi rəqibdir”.
Qeyd edək ki, “Qarabağ” almaniyalılarla ilk oyununu avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.