EBRD rəhbəri 2023-cü il üçün Azərbaycanla əməkdaşlığın prioritetlərini açıqlayıb


Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2023-cü ildə Azərbaycanın qeyri-neft sektorunun inkişafına, həmçinin “yaşıl iqtisadiyyat”a investisiyaların artırılmasına və regional əlaqələrə dəstək verəcək.

Live.az xəbər verir ki, bu barədə EBRD-nin prezidenti Odil Reno-Basso “Report”a müsahibəsində bildirib.

“Biz 2023-cü ildə Azərbaycan üçün əsas strateji prioritetlərimizi saxlamaq niyyətindəyik ki, bu da əsas diqqətin əvvəlki kimi ölkənin qeyri-neft sektorunun inkişafına, yerli kreditorların gücləndirilməsinə, həmçinin yaşıl iqtisadiyyata investisiyaların artırılmasına və regional əlaqələrə yönəldilməsi deməkdir”, - o deyib.

Müsahibənin tam versiyası ilə burada tanış ola bilərsiniz.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri