Türkiyədə ağır yol qəzasında yaralananların sayı 99 nəfərə çatıb


Türkiyənin İstanbul şəhərində metrobusların toqquşması nəticəsində xəsarət alanların sayı artıb.

Son məlumata görə, yaralı sayı 99 nəfərə çatıb.

Xəsarət alan sərnişinlərin müalicəsi davam edir və vəziyyətləri nəzarət altındadır.

Xatırladaq ki, hadisə şəhərin Avcılar bölgəsində yüksək sürətlə hərəkət edən dörd metrobusun toqquşması nəticəsində baş verib.

Qəza səbəbindən Avropa istiqamətində metrobus reysləri kəsilib.


Anadolu, Report
Şərhlər
Dünya bölməsinin xəbərləri