Almaniyada avrozonada inflyasiyanın gözlənilən pik həddi açıqlanıb


Almaniya Federal Bankının (Bundesbank) prezidenti və Avropa Mərkəzi Bankının (AMB) Rəhbərlər Şurasının üzvü Yoahim Nagel hesab edir ki, avrozonada inflyasiya dekabrda pik həddə çata və 10 %-i keçə bilər.

O, bu fikirləri "Deutschlandfunk" radiostansiyasının efirində bildirib.

Nagel qeyd edib ki, iqtisadi artımın yubanması və ya tənəzzülü istisna etmək olmaz. "Lakin əsas nəticə ondan ibarətdir ki, sabit qiymətlər son nəticədə orta və uzunmüddətli artım və avrozona üçün yaxşı iqtisadi perspektivlər üçün daha vacibdir", - o, iqtisadi çətinlik dövrünün öhdəsindən gəlməli olacağı barədə xəbərdarlıq etsə də, vurğulayıb. Eyni zamanda, Bundesbank rəhbəri hesab edir ki, qiymət artımı daha da sürətlənəcək, inflyasiya isə dekabrda pik həddə çatacaq və 10 %-i keçəcək.

"Qiymətlər artmağa davam edəcək. Dekabrda inflyasiyanın pik həddi isə 10 %-dən çox ola bilər", - Nagel bildirib. Bununla yanaşı o, 2023-cü ildə illik inflyasiya səviyyəsinin bir qədər azalmalı olduğunu, lakin çox güman ki, yüksək olacağını və 6 %-i keçəcəyini diqqətə çatdırıb.

Avropa Komissiyasının məlumatına görə, avqust ayında avro zonasında orta inflyasiya illik 9,1 %-lə rekord həddə çatıb.



Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri