Kreml Ukrayna ilə yüksək səviyyədə danışıqlar perspektivi görmür



“Hazırda Ukrayna ilə yüksək səviyyədə danışıqların perspektivi yoxdur”.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

“Hazırda heç bir danışıqlar perspektivini nəzərdən keçirmirik. Bunun üçün heç bir ilkin şərait yoxdur”, - Kreml rəsmisi vurğulayıb.

Eyni zamanda, D.Peskov Rusiya Prezidenti Vladimir Putinin cəbhədəki hər dəyişikliklə bağlı məlumatlandırıldığını qeyd edib:

“Xüsusi hərbi əməliyyat davam edir və əvvəl qoyulan məqsədlərə nail olmaq üçün davam edəcək”.
Şərhlər
Dünya bölməsinin xəbərləri