Şirvan sakini sevdiyi qızı öldürüb, onun valideynlərini və özünü isə bıçaqlayıb
- 29.04.2013, 00:35,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şirvanda bir nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olan ailə dramı baş verib.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, bu gün axşam saatlarında Şirvan şəhəri, Ə.Qarayev küçəsi ev 13 ünvanında bıçaqlanma hadisəsi baş verib.
Həmin ünvanda yaşayan 1997-ci il təvəllüdlü Əliyeva Maya Rahil qızı Şirvan şəhəri, Q. Qarayev küçəsi 63 ünvanında yaşayan, 1989-cü il təvəllüdlü Nəhmədov Savalan Əvəzağa oğlu tərəfindən qətlə yetirilib.
Belə ki, saat 18:30 radələrində Savalan Nəhmədov sevdiyi qızıın evinə gələrək, onun atası, 1958-ci il təvəllüdlü Əliyev Rahil Hümbət oğlunu, anası, 1960-cı il təvəllüdlü Əliyeva Aidə Şamil qızını və nəhayət, sevdiyi 1997-ci il təvəllüdlü Əliyeva Maya Rahil qızını bıçaqla vurub. Hadisəni törədərək qaçan Savalan Nəhmədov küçədə özünə də bıçaqla xəsarət yetirib. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilsələr də, 16 yaşlı Maya Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılıb.