Rövnəq Abdullayev “Rosneft”in “Kəpəz” və “Abşeron” yataqlarında paya sahib olmaq istəməsinə münasibət bildirib

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Rusiyanın “Rosneft” şirkətinin Xəzər dənizindəki “Kəpəz” və “Abşeron” qaz yataqlarında paya sahib olmaq istədiyi ilə məlumatlara münasibət bildirib.
 

APA-nin məlumatına görə, ARDNŞ rəhbəri bəyan edib ki, “Kəpəz” yatağındakı bəzi mübahisəli məqamlar hələlik həllini tapmayıb: “Hamı bu gün sərfəli təkliflər axtarır, mənfəətli təkliflər gözləyir. Biz Dövlət Neft Şirkəti olaraq də həmçinin belə təklifləri araşdırırıq”.

 
R. Abdullayev bildirib ki, təkliflər qiymətləndirilir: “Hər şeyin öz dəyəri, öz qiyməti var. Baxır, kim, harada, nə dərəcədə effektiv təklif verə bilər. Bizim imkanlarımız hər kəsə bəllidir. Biz də digər şirkətlərin imkanlarını qiymətləndiririk. Rusiya şirkətinin təkliflərini də qiymətləndirəcəyik. Bu məsələyə baxıla bilər”. 
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri