Ağcabədidə baş verən kütləvi davada üç nəfər bıçaqlanıb
- 19.08.2013, 16:01,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağcabədi rayonunun Qiyamadınlı kəndində kütləvi dava olub.
APA-nın xəbərinə görə, nəticədə üç nəfər müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Şahidlərin sözlərinə görə, insident kənddə toya hazırlıq mərasimdə baş verib. Həmkəndlilər arasında baş verən mübahisə üç nəfərin bıçaqlanması ilə nəticələnib. Kənd sakinləri Məmmədov Elbəy Ələsgər oğlu, İsmayılov Rəşad Şahmurad oğlu və Şirinov Nurlan Taleh oğlu çoxsaylı bıçaq xəsarətləri alıblar. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar, vəziyyəti ağır olduğundan Nurlan Şirinov Bakıya, Rəşad İsmayılov isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.