Rusiyada qismən səfərbərlik elan olunub



Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

“Report” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

O, qismən səfərbərlik haqqında sərəncamın imzalandığını bildirib.

V.Putinin sözlərinə görə, Rusiyada səfərbərlik fəaliyyətləri bu gün başlayacaq.

“Vətənimizi qorumaq üçün Müdafiə Nazirliyinin qismən səfərbərlik təklifinin dəstəklənməsi qərara alınıb. Vurğulayıram ki, söhbət qismən səfərbərlikdən gedir. Yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrin sıralarında, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik hərbi xidmətdə olan vətəndaşları çağırıram. Hərbi xidmətə çağırılanlar xüsusi hərbi əməliyyat təcrübəsi nəzərə alınmaqla, mütləq əlavə hərbi hazırlıq keçəcəklər”, - V.Putin qeyd edib.

///

Putin: “Ukraynadakı xüsusi hərbi əməliyyatın əsas məqsədi Donbasın azad olunmasıdır”

“Xüsusi əməliyyatın əsas məqsədi dəyişməz olaraq qalır. Məqsəd Donbasın azad olunmasıdır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

“Luqansk Xalq Respublikası tam azad olunub, Donetsk Xalq Respublikası isə qismən”, - dövlət başçısı vurğulayıb.


///


Putin: “Ərazi bütövlüyümüzə təhdid yaranarsa, nüvə silahından istifadə edəcəyik”

“Ərazi bütövlüyümüzə təhdid olacağı təqdirdə nüvə silahından istifadə edəcəyik”.

Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Dövlət başçısı söyləyib ki, Qərb Rusiyanın parçalanmasını istəyir: “Onların məqsədi bizi parçalamaq, məhv etməkdir”.

Rusiya liderinin sözlərinə görə, Qərb anti–Rusiya siyasətində bütün sərhədləri keçib: “Artıq Rusiyanın sərhədyanı ərazilərinə Qərb silahlarından zərbələr endirilir. NATO Rusiyanın cənubunda kəşfiyyat aparır”.





Report
Şərhlər
Dünya bölməsinin xəbərləri