Britaniya XİN Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib
- 21.09.2022, 12:26,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibə fonunda ölkədə qismən səfərbərlik elan etməsi narahatlıq doğuran eskalasiyadır”.
Bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Cilian Kiqan bildirib.
O, Vladimir Putini tarixi yenidən yazmaqda ittiham edib: “Bəzi fikirlər çox narahat edir və aydındır ki, biz sakitliyə can atmalıyıq”.
Onun sözlərinə görə, təhdidlər ciddi qəbul edilməlidir, çünki Ukrayna daha əvvəl Rusiya tərəfindən zəbt edilmiş torpaqları geri almağa başlayır.
C.Kiqan Rusiya dövlət başçısının nüvə şantajına da reaksiya verib: “Bunu çox ciddi qəbul etməliyik, çünki bu vəziyyətə nəzarət etmirik. Onun da bu vəziyyəti idarə edə bilməsindən əmin deyiləm. Həqiqətən, bu, aşkar eskalasiya deməkdir”.
Report