"Azərkosmos" və “Voyager Space” arasında Anlaşma Memorandumu imzalanıb
Facebook
Вконтакте
Одноклассники
Google+
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") “Voyager Space” şirkəti ilə Kosmik Təşəbbüslərə dair Anlaşma Memorandumu imzalayıb.
Imzalanma mərasimi Fransanın paytaxtı Parisdə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresi həftəsi çərçivəsində baş tutub.
Sənəd "Azərkosmos" və “Voyager Space” arasında kosmik infrastruktur, elmi mərkəzlərin qurulması, tədqiqat proqramları, texnologiyanın inkişafı və innovasiyalar istiqamətində əməkdaşlıq imkanlarını genişləndirməyə yol açacaq.
Memoranduma əsasən, yerli kosmik ekosistemi inkişaf etdirmək məqsədilə təcrübə və bilik mübadiləsi aparılacaq, ölkədə kosmik sahənin kommersiya və təhsil imkanları diqqət mərkəzində saxlanılacaq.
“Biz kosmik proqramların və texnologiyaların ölkəmizə gətirə biləcəyi imkanları genişləndirmək üçün “Voyager Space”dəki tərəfdaşlarımızla işləyəcəyik. “Voyager Space kimi qlobal partnyorlarla yerli kosmik ekosistemi gücləndirmək əsas missiyalarımızdan biridir”, – deyə "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov qeyd edib.
“Voyager Space”in Gəlirlər üzrə baş direktoru Kley Mouri bildirib ki, şirkət inkişaf etməkdə olan kosmik dövlətlərin tədqiqat və elm sahəsinə qoşulması üçün qapılar açır: “Kosmik texnologiya və elm cəmiyyətləri dəyişdirmək gücünə malikdir. Biz Azərbaycan vasitəsilə regionda dayanıqlı kosmik ekosistem qurmağı səbirsizliklə gözləyirik”.
Report