Zelenski Putinlə danışıqlarla bağlı tələb irəli sürüb
- 28.09.2022, 12:06,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ərazisində keçirilmiş “referendumlar"ın tanınması və sonrakı danışıqlarla bağlı ultimatum verib.
LIVE.az-ın məlumatına görə, bu barədə “Report” BMT Təhlükəsizlik Şurasının iclasının yayımına istinadən xəbər verir.
Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, əgər Rusiya “referendumlar"ın nəticələrini tanısa, bu zaman onun və Putinin danışacaq başqa heç nəyi yoxdur.
"Rusiya Federasiyasının bu psevdoreferendumlara normal çağırışı, qondarma "Krım ssenarisi"nin həyata keçirilməsi, ərazilərin ilhaqına növbəti cəhd o demək olacaq ki, bizim Rusiya Prezidenti Vladimir Putinlə danışacaq heç nə yoxdur", - Zelenski deyib.
Prezidentin sözlərinə görə, ilhaq Putini bəşəriyyətlə üz-üzə qoyan addımdır. Buna görə də dünyanın hər bir ölkəsindən cavab siqnalları tələb olunur.