İsrail öz vətəndaşlarını payızda Azərbaycana səfər etməkdən çəkinməyə çağırıb
- 19.08.2013, 18:00,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İsrail baş nazirinin antiterrorizm bürosu ölkə vətəndaşlarına payızda bir sıra ölkələrə səfər etməməklə bağlı xəbərdarlıq ünvanlayıb.
APA-nın “Jerusalem Post”a istinadən yaydığı məlumata görə, bir sıra ölkələrlə yanaşı Azərbaycan və Türkiyə də davamlı potensial təhlükə ehtimalı olan dövlətlər siyahısına daxil edilib və mümkün olduqca bu ölkələrə səfər etməmək tövsiyə olunub.
İsrail vətəndaşlarının səfər etməsi tövsiyə olunmayan ölkələr sırasında Misir və İordaniya da var. Büro Tailandın cənubunu, Filippin, Seneqal, Kəşmir bölgəsi, Nigeriya, Keniya və Çeçenistanı səfər etmək üçün ən təhlükəli regionlar hesab edir.
Xəbərdarlıqda qeyd olunur ki, müxtəlif terror qruplaşmaları payızda keçiriləcək ənənəvi Roş a-Şana və Sukkot bayramları ərəfəsində və 11 sentyabr hadisələrinin ildönümündə İsrail və yəhudi obyektlərinə hücumlar təşkil edə bilər.