Britaniya XİN: "Çin müttəfiqləri ilə bağlı qərar verməlidir"
- 29.09.2022, 09:37,
- Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çin rəhbərliyi Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda öz xarici siyasəti və müttəfiqləri ilə bağlı qərar verməlidir.
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin bəyanatında qeyd olunub.
“Çin milyonlarla insanı yoxsulluqdan çıxaran əsas qlobal oyunçu və inkişafın lokomotividir. Lakin həyatım boyu Çini izləməkdən öyrəndiyim dərs o oldu ki, Çin qlobal qayda və normalardan uzaqlaşdıqda, Rusiya kimi ölkələrlə bir sırada durduqda o zaman onun dünyadakı mövqeyi zəifləyir. Çinin hansı istiqamətdə hərəkət etmək istədiyi ilə bağlı hər zaman seçim hüququ olacaq”, - Britaniya nazirinin sentyabrın 29-da ABŞ mərkəzli Maykl Milken İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda çıxış edəcəyi nitqindən yayılan parçalarda qeyd olunub.
C.Kleverlinin sözlərinə görə, Birləşmiş Krallıq “həmişə suverenlik və iqtisadi təhlükəsizliyi müdafiə edəcək” və “harada baş verirsə versin, repressiyalara göz yummayacaq”:
“Biz Rusiyanın BMT Nizamnaməsini pozmasını pisləməsini və Sinqapur və Yaponiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarını alqışladıq”, - XİN rəhbərinin çıxışında vurğulanıb.
Report