Bolqarıstan Prezidenti: “Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib”
- 30.09.2022, 14:35,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sentyabrın 30-da geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
“Azərbaycan özünü Bolqarıstan üçün arzuolunan, prioritet və etibarlı tərəfdaş kimi tanıdıb”.
Bunu Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə deyib.
Onun sözlərinə görə, son illər Azərbaycan ilə yüksək və ali səviyyədə aparılan fəal dialoq iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə töhfə verib.
"Şadam ki, bir sıra sahələrdə səmərəli əməkdaşlığımızın inkişafının davam etdirilməsi ilə bağlı fikirlərimiz üst-üstə düşür", - R.Radev bildirib.