Türkiyənin "Milliyət" qəzeti Azərbaycanda benzinin qiymətlərindən yazdı

Türkiyənin "Milliyət" qəzeti Azərbaycanda benzinin qiymətlərindən yazdı Türkiyənin tanınmış "Milliyət" qəzeti Azərbaycanda benzinin qiymətlərindən yazıb.

Həmin yazını olduğu kimi təqdim edirik:

"Azərbaycanda zəngin neft və təbbi qaz yataqlarının olması ölkədə benzinin qiymətini də çox aşağı səviyyədə olmasını təmin edir. Ucuz neft qiymətləri səbəbindən bir ölkədə qənaətli avtomobillərə üstünlük verilərkən, bu ölkədə güclü və lüks maşınlardan istifadə olunur.

Gündəlik orta hesabla 139 min neftin işləndiyi Azərbaycan iqtisadiyyatını neft və təbii qaz təşkil edir. Əhalisinin təxminən 9 milyon olduğu Azərbaycanda rəsmi olmayan rəqəmlərə görə, ildə 15 milyard dollar neftdən gəlir əldə edilir. Neft sektorunda 50 min nəfər çalışır. Azərbaycanda neftdən sonra gəlir mənbəyini təbii qaz təşkil edir. Son bir il içərisində 2 yeni təbii qaz yatağı tapılıb ki, bu yataqlarda qaz ehtiyatının 3 trilyon kub metr olduğu təxmin edilir.

Azərbaycanda 1 litr suyun qiyməti 50 qəpik olduğu halda 1 litr dizel yanacağı 45 qəpik, 1 litr benzin 55 qəpikdir. Bir litr benzinin Türkiyə bazarına görə, 1 lirə 20 quruş (təxminən 60 qəpik -red.) Azərbaycanda yanacağın qiyməti sonuncu dəfə 4 il əvvəl artırılıb. Bir çox ölkədə getdikcə artan yanacaq qiymətlərinə görə yanacağa qənaət edən avtomobillərə üstünlük verilsə də Azərbaycan küçələrində mühərrinkinin gücü yüksək və lüks avtomobillər meydan sulayır. Dünada sayı az olan son model avtomobillərə Azərbaycan küçələrində rast gəlmək mümkündür.

Bütün bunların yanında Türkyə ilə Azərbaycan arasında imzalanan "TransAnadolu" layihəsi ilə Azərbaycan təbii qazı Türkyə üzərindən Avropaya danışanacaq. Bu layihə sayəsində də Türkiyə ehtiyacı olan təbii qazın böyük hissəsini əldə etmiş olacaq".




ANS, Avropa.info
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri