ABŞ Prezidentinin keçmiş müşaviri: "Putinin nüvə silahından istifadə etməsi ehtimalı artır"


“Rusiya Prezidenti Vladimir Putinin taktiki nüvə silahından istifadə etməsi ehtimalı artır. Bu, Kremlin Ukraynada üzləşdiyi problemlərlə bağlıdır”.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri və Vaşinqtonun BMT-dəki sabiq səfiri Con Bolton “Sky Nuys”a müsahibəsində deyib.

O bildirib ki, rəsmi Moskva işğaldan sonra heç vaxt olmadığı qədər ciddi çətinliklərlə üzləşib: “Hesab edirəm ki, nüvə silahından istifadə etməsi Putinin intihar məktubunu imzalaması olar”.

Sabiq müşavirin fikrincə, nüvə silahının tətbiqinin qarşısı alınmalıdır.

Qeyd edək ki, daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev ölkəsinin özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə biləcəyini açıqlamışdı.


Report
Şərhlər
Dünya bölməsinin xəbərləri