8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub
- 05.10.2022, 11:30,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycanda kitaba, kitab nəşrinə diqqət həmişə olub. Xalqımız hər zaman ədəbiyyata, şairlərə, yazıçılara diqqət göstərib".
Bunu mədəniyyət naziri Anar Kərimov 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində deyib.
O, kitaba diqqətin əsrlərdir davam etdiyini vurğulayıb: "Bizim şairlərimiz, yazıçılarımız əsrlər boyu nəinki Azərbaycan, eyni zamanda dünya ədəbiyyatına töhfələr vermiş şəxsiyyətlərdir. Kitab sərgisində qardaş Türkiyə də iştirak edir. Bu, ədəbiyyatın canlanmasına öz töhfəsini verəcək və bu istiqamətdə əlaqələrimiz davam edəcək".
Baş nazirin müavini Əli Əhmədov söyləyib ki, kitab çapı, onun təbliği hər zaman dövlətin diqqətindədir: "Mən əminəm ki, bugünkü tədbir də kitab nəşrinə, kitabın yayılmasına öz töhfəsini verəcək. Mən bu münasibətlə bütün kitabsevərləri təbrik edirəm".
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bugünkü sərginin kitab bayramı olduğunu bildirib: "Bu bayram xalqın bayramıdır. Əsrlər boyu həm əlyazma, həm də çap formasından kitablar nəsildən-nəslə ötürülüb. Tövsiyə edirəm ki, kitabı sevək, kitabı oxuyaq, kitabla yaşayaq".
Report