"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib


"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Live.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edib.

 Rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" xallarının sayını 7-yə çatdıraraq UEFA Konfrans Liqasının pley-offunda iştirakı təmin edib.

Qrupun digər görüşündə Almaniya "Frayburq"u Fransada "Nant"a qalib gəlib - 4:0. 12 xala malik Bundesliqa təmsilçisi ən azı ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. "Qarabağ" 7 xalla ikinci, "Nant" 3 xalla üçüncü, "Olimpiakos" 1 xalla sonuncu pillədədir.
Şərhlər
İdman bölməsinin xəbərləri