Aİ-nin ali nümayəndəsi: "İrandakı zorakı repressiya dərhal dayandırılmalıdır"
- 14.10.2022, 20:11,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borellə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.
Bu barədə Borell tviterdə yazıb.
O, Abdullahiyanla İrandakı daxili durumu müzakirə etdiyini bildirib: “Aİ-nin aydın və vahid mövqeyini bir daha çatdırdım: İranda insanların dinc etiraz və fundamental hüquqları müdafiə etmək hüququ var”.
C.Borell deyib ki, zorakı repressiya dərhal dayandırılmalıdır: “Etirazçılar azad edilməlidir”.
Report