Türkiyənin məşhur müğənnisi Cem Adrian Bakıda möhtəşəm konsert verib

  


Konsert 2 saat gecikmə ilə başlayıb.

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı ön şüşənin çatlaması səbəbindən hava limanına qayıtmaq qərarına gəlib.

Geri dönüş edən təyyarədə türkiyəli müğənni Cem Adrianın komandası da olub. Amma müğənni özünü pərəstişkarlarna "Türk hava yolları"ilə çatdırıb.

" Sizi sevirəm.Möhtəşəmsiz. Burda olmağıma çox şadam", deyən müğənni konserti"Sen Benim Şarkılarımsın" ifası ilə açıb.

 Müğənniliklə yanaşı, bəstəkar, prodüser və rejissor olan Adrianın səs diapazonu basdan sopranoyadəkdir.

Musiqi karyerasına 18 yaşında başlayıb. "Ben bu şarkıyı sana yazdım" adlı ilk albomunu 2005-ci ildə buraxıb. Albom 16 min tirajla satılıb. Üç il sonra isə Adrianın "Essentials /Seçkiler" və "Emir" adlı iki albomu birdən çıxdı. Bir neçə dəfə "Altın kelebek" mükafatının "İlin mahnısı", "İlin müğənnisi" kateqoriyalarında qalib olub.

Cem Adrian musiqidə sərhədlər, tərzlər və qaydalardan kənardı. Özünü sadəcə “özgür bir müzisyen” olaraq təyin edən, güclü səsi və möhtəşəm performansı ilə seçilən müğənni sevənlərinə musiqi dolu saatlar yaşatdı. " Sarı gəlin"i zalla birgə ifa edən müğənni, etiraf etdi ki, azərbaycanlılar çox gözəl səsə malikdilər, ifaları möhtəşəmdir.

Cem Adrian səhnədə sevilən əsərlərini səsləndirib.Onların arasında: " Bən seni çok sevdim", " Mehriban", Mutlu yıllar", "Yıldizların altında", "Ayrılık", "Küçük adam", " Kül" və s. Konsertdə müğənni həmdə Halil Sezainin " Üsyan" mahnısını ifa edib.
Cem Adrianın konserti böyük anşlaqla keçib. İfaçı etiraf edib ki, bu konsert onun ən gözəl Bakı konsertidi.




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri