Bakı Teleqülləsində yoxlama aparılıb

Bakı Teleqülləsində yoxlama aparılıb Dövlət Radiotezliklər İdarəsnin (DRİ) Radiomonitorinq şöbəsinin mütəxəssisləri Bakı Teleqülləsindən yayımlanan TV və FM proqramlarının yaratdığı elektromaqnit sahə gərginliyinin ölçülməsi analizini aparıblar.


DRİ-dən ANS-ə verilən məlumata görə, ölçmə işləri Sumqayıt, Bilgəh, Binə, Mərdəkan, Zağulba, Zığ, Şüvəlan, Ələt, Qobustan, Tağıyev adına qəsəbə, Pirallahı və Xızı rayonunun Giləzi qəsəbələrinin yaşayış massivlərində aparılıb.


DRİ-nin məlumatlarına görə, TV və FM proqramlarının yaratdığı elektromaqnit sahələrinin gərginliyi normaları ötmür.
Şərhlər
Sosial bölməsinin xəbərləri