Rusiyada qırıcının yaşayış ərazisinə düşməsi nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb



Rusiya Prezidenti Vladimir Putin Yeyskdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib.

Faktla bağlı artıq cinayət işi başlanılıb.

Qeyd edək ki, “Su-34” təyyarəsi Yeysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşüb. Qəza nəticəsində əmələ gələn yanğın 9 mərtəbəli binaya keçib. Rusiya Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri