Hindistan Səfirliyi Hindistan-Azərbaycan əməkdaşlığına dair döşəmə plitələri sektorunda B2B görüş təşkil edib.Hindistanın Bakıdakı Səfirliyi 18 oktyabr 2022-ci il tarixində dörd şirkətdən ibarət Hindistanın işgüzar nümayəndə heyətinin və iri Azərbaycan şirkətlərinin, eləcə də AZPROMO da daxil olmaqla biznesə dəstək təşkilatlarının 15-ə yaxın nümayəndəsinin iştirakı ilə Hindistan-Azərbaycan əməkdaşlığına dair B2B formatında görüş təşkil etmişdir. Hər iki ölkəni təmsil edən şirkətlər döşəmə plitələri sektorunda biznes əməkdaşlıq imkanlarını araşdırmaq və müzakirə etmək üçün JW Marriott Absheron Bakl otelində toplaşdılar.
2. Hindistanın Bakıdakı Müvəqqəti İşlər vəkili cənab Vinay Kumar açılış nitqində, Hindistanın dünyada ikinci ən böyük döşəmə plitəsi (kafel) istehsalçısı olduğunu vurğuladı. Bu illər ərzində, Hindistanın döşəmə plitəsi sənayesi qlobal rəqabət apara biləcək müasir dünya səviyyəli sənaye kimi formalaşmaq üçün yeni innovasiyalar və məhsul portfeli, keyfiyyət və dizayn baxımından modernləşmişdir. O qeyd edib ki, Hindistan 125-dən çox ölkəyə döşəmə plitə ixrac edir. O, həmçinin iştirakçıların nəzərinə çatdırıb ki, müxtəlif sektorlar üzrə Hindistan şirkətləri haqqında daha ətraflı məlumatı www.indianbusinessportal.in portalından almaq olar.
3. Cənab Kumar Hindistanın keramika və porselen plitə məhsullarının Azərbaycan bazarında artıq tanındığını vurğuladı. O bildirdi ki, 2022-ci ilin yanvar-iyul ayları üzrə statistikaya əsasən, Hindistan Azərbaycana ən çox döşəmə plitə ixrac edən üçüncü ölkə olub Azərbaycanın ümumi döşəmə plitə idxalının 13,4 faizini təşkil edib. Bununla belə, Azərbaycanda Hindistan döşəmə plitə məhsullarının bazar payını artırmaq üçün hələ də, böyük potensial mövcuddur, deyə o vurğulayıb.
4. Tədbir zamanı, Hindistanın Lavit Tile LLP, Kivos Ceramic, Metro Ceramics və Mozart Vitrified şirkətlərinin nümayəndələri öz şirkətləri haqqında təqdimatla çıxış etdilər. Təqdimatların ardından, Hindistan və Azərbaycan şirkətləri arasında B2B görüşlər keçirilərək səmərəli işgüzar müzakirələr aparılıb. Hindistanın sözügedən hər dörd şirkəti 19-21 oktyabr 2022-ci il tarixlərində keçiriləcək Baku Build - 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisində sərgi iştirakçı qismində iştirak edir.
5. Azərbaycan statistik məlumatlarına əsasən, 2022-ci ilin yanvar-avqust ayları üzrə Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 159,5% artaraq 1,528 milyard ABŞ dolları təşkil edib. Bu dövr ərzində Hindistan Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olub. Azərbaycanın Hindistana ixracı 181,6% artaraq 1,378 milyard ABŞ dolları təşkil edib. Hindistan, Azərbaycan üçün üçüncü ən böyük ixrac bazarı olub. Eyni dövrdə, Azərbaycanın Hindistandan idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,8% artaraq 149,89 milyon ABŞ dolları təşkil edib.