Britaniyanın Baş naziri istefa verib
- 20.10.2022, 17:07,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.
Bu barədə BBC məlumat yayıb.
O, 45 gün əvvəl bu vəzifəyə seçilmişdi.
L.Trass həmçinin Britaniya Mühafizəkarlar Partiyasının sədri vəzifəsindən də istefa verib.
Qeyd edək ki, o, yeni hökumət başçısı seçilənədək ölkənin Baş naziri vəzifəsində qalacaq. L.Trass Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının sədrinin növbəti həftələrdə seçiləcəyini açıqlayıb.
O, bu vəzifəyədək Britaniyanın xarici işlər naziri idi.