"Mor ve ötesi" Bakıda möhtəşəm konsert verib

 


Hər mahnısı hitə çevrilən "Mor ve ötesi" qrupu Bakıda çıxış edib. Türkiyənin məşhur qrupu 22 oktyabr Bakı Konqres Mərkəzində möhtəşəm konsert verib.  

"Mor ve Ötesi"- 1995-ci ildə əsası qoyulmuş Türkiyə alternativ rok qrupudu. 2008-ci ildə qrup Türkiyəni Avroviziya Mahnı Müsabiqəsində "Deli" mahnısı ilə təmsil edib. Qrupun hazırkı üzvləri Harun Tekin, Kerem Kabadayı, Burak Güven və Kerem Özyeğendir.

"Sizi sevirik. Möhtəşəmsiz. Bakını çox sevirik və burda olmağımıza çox şadıq", söyləyən " Mor və Ötesi" pərəstişkarlarına unudulmaz gecə yaşadıb.
"Mor ve ötesi”nin solisti Harun Tekin səhnədə Xalq artisti Əzizə Mustafazadəyə olan heyranlıqlarından söz açıb:

“Əzizə Mustafazadəni çox sevirik, uzun müddətdir ona heyranıq, təəsüflər olsun ki, 30 oktyabr onu bu səhnədə dinləmək imkanımız olmayacaq. Ona görə Əzizə Mustafazadəni indi burada anaq”.

 "Mor ve ötesi" gecədə   "Bir derdim var",  "Cambaz", "Oyunbozan", " Yaz", " Deli", " Ölməz mələklər"  kimi bir çox məşhur mahnılarını ifa ediblər.

Bununla yanaşı konsertdə yeni " Sirenler" albomumundan olan mahnılarda səsləndirilib. Konsert proqramı tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib və böyük anşlaqla baş tutub.



   Günel Həsənova
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri