Şolts: "Ukraynada müharibənin dayandırılması üçün şərait yaradılmalıdır"
- 23.10.2022, 14:40,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Ukraynada müharibənin dayandırılması üçün sülh şəraiti yaradılmalıdır".
"Report" DPA agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Münhendə Sosial Demokrat Partiyasının Bavariya şöbəsinin regional qurultayında deyib.
Şoltsun fikrincə, müharibənin başa çatması üçün şərtlərin yaranması üçün hər şey edilməlidir.
Eyni zamanda kansler Ukraynanın öz ərazisini müdafiə edə bilməsinin vacibliyini vurğulayıb.
"Biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik. Bu, həm maliyyə və humanitar yardımın göstərilməsi, həm də silahların tədarükünə aiddir", - kansler deyib.
Şolts qeyd edib ki, Ukraynadakı vəziyyətin fəsadları bütün dünyada hiss olunur.