"Fitch": "Azərbaycanın xalis suveren aktivlər mövqeyinin reytinq qrupunda ən yüksək həddə çatacaq"


"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın xalis suveren aktivlər mövqeyinin 2022-2024-cü illərdə 14,3 faiz bəndi artaraq ÜDM-in 77,6 %-nə çatacağını və bunun da, reytinq qrupunda ən yüksək göstərici olacağını proqnozlaşdırır.

Bu barədə agentliy xəbər verir.

Suveren valyuta aktivləri 2021-ci ilin sonundakı 52,1 milyard ABŞ dollarından iyunun sonunda 52,6 milyard ABŞ dollarına yüksəlib. Bunun 86 %-i Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləridir ki, bu da, bu ilin I rübündə neft və qaz gəlirlərindəki artımın 2 milyard ABŞ dolları həcmində investisiya itkilərini kompensasiya etməsini əks etdirir.

Reytinq agentliyi Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin bu il 12,1 faiz bəndi artaraq ümumi daxili məhsulun (ÜDM) 27,3 %-nə çatacağını proqnozlaşdırır.

Məlumata görə, bu göstərici, 2023-cü ildə 19,3 %-ə, 2024-cü ildə isə 12,1 %-ə qədər azalacaq. Gələn 2 il üçün proqnozlar neftin qiymətinin 2023-cü ildə orta hesabla 85 ABŞ dolları, 2024-cü ildə isə 65 ABŞ dolları səviyyəsinə düşməsini əks etdirir.



Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri