Kıraç Bakıda möhtəşəm konsert verib


 Türkiyənin sevilən ifaçısı Kıraç ilk dəfə 22 Oktyabr tarixində Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib.  

Konsertdən öncə "Anadolu Events"in rəhbəri Eyyub Hüseynzadə ifaçıya onun portretini əks etdirən  xalça hədiyyə edib.

"Salam Bakı! Bu mənim Bakıya ilk gəlişimdi. Çox həyəcanlıyam. Tarixi salonda konsert verməkdən çox xoşbəxtəm" deyən müğənni pəristişkarlarına unudulmaz gecə bəxş edib. Kıraçı səhnədə musiqiçilıri müşaiyət edib.

İfaçı Rəşid Behbudovun ifa etdiyi "Sənə də qalmaz" mahnısını ozünə məxsus tərzdə səsləndirib: "Uşaqlıq illərindən ən çox sevdiyim və dinlədiyim mahnını ifa edirəm. Bu mahnını ilk dəfə Bakıda oxuyuram. Bu mahnı dünyanın ən gözəl aşk mahnılarından biridir".

 Güclü səsi və möhtəşəm performansı ilə seçilən müğənni sevənlərinə musiqi dolu saatlar yaşadıb.
 
Kıraç səhnədə sevilən əsərlərini səsləndirib.Onların arasında: "Senden Başka", "Tek Hatıra", "Razıysan Gel", "Yalan" "Ayşe" ,"Bir Garip Aşk Bestesi" , "Gönül", "Kan ve Gül", "Yıllar Sonra", "Zaman" və s.

 Konsertdə müğənni həmdə Barış Manço və Cem Karacanın repertuarından olan mahnılara müraciət edib.
Kıraçın Bakıda ilk konserti anşlaqla keçib və pərəstişkarlar tərəfindən çox bəyənilib. Konsert "Anadolu events" təşkilatçılığı ilə baş tutub.





Kıraç Bakıda möhttəşəm konsert verib.


Günel Həsənova
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri