İranda terror aktında 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb


İranda terror aktı nəticəsində 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb.

"Report" "Mehr"ə istinadən xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb.

Bildirilib ki, ölənlərdən biri qadın və üçü isə uşaqdır.

Hücumun axşam namazına hazırlaşan insanları hədəf aldığı vurğulanıb. Belə ki, bir terrorçu ziyarətgaha giriş qapısından daxil olduqdan sonra ibadət edənlərə atəş açmağa başlayıb. Silahlı şəxsin İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri