Milli Məclisin deputatı Nigar Arpadarai Avropa Şurasının İdmana Cavabdeh Nazirlərinin 17-ci Konfransında çıxış edib

 


Deputat Nigar Arpadarai idmanda inklüzivliyin vacibliyindən danışdı.

Live.az cəbər verir ki, Milli Məclisin deputatı Nigar Arpadarai Antalyada Avropa Şurasının İdmana Cavabdeh Nazirlərinin 17-ci Konfransında iştirak edib. Konfrans çərçivəsində “Miqrant və qaçqınların idman vasitəsilə inteqrasiyası” mövzusunda keçirilmiş dəyirmi masada AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin məruzəçisi qismində çıxış edən Nigar Arpadarai, qaçqınların, məcburi köçkünlərin və miqrantların idman vasitəsilə cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulayıb. “İdman insanlara qarşı irqi və milli ayrıseçkiliyinin istisna edildiyi, sosial mənsubiyyətindən asılı olmayaraq bərabər imkanların yaradıldığı nadir və mühüm sahələrdən biridir. Bu məqsədlə, Avropa Şurasına üzv ölkələr bu məsələyə diqqətini və müvəkilliyini artırmalı, həssas təbəqənin idman sahəsindəki inklüzivliyi Avropanın qabaqcıl idman və ictimai institutları tərəfindən təşviq olunmalıdır. Miqrantların bütün idman növlərinə və tədbirlərinə müəssərliyi üçün imkanlar artırılmalıdır.” – deyə millət vəkili bildirib.

Qeyd edək ki,  konfransda Azərbaycanın nümayəndə heyəti ilə yanaşı, 50-dən çox ölkə təmsil olunub. Tədbirin əsas məqsədi “hər kəs üçün idman”ın təbliği və cəmiyyətin müxtəlif qruplarının bu sahədə inklüzivliyinin inkişafına nail olmaqdır.


  
Şərhlər
Siyasət bölməsinin xəbərləri