Spiker: "Qarabağın erməni əhalisinin hüquqları Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək"
- 29.10.2022, 10:02,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək".
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanla bağlı həqiqətdən uzaq iddialarına cavab verərkən deyib.
Spiker vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan öz daxili məsələlərini bu və ya digər ölkə ilə müzakirə etmək fikrində deyil:
"Onlar Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar. Onlar əmin ola bilərlər ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuş həyatları indikindən qat-qat yaxşı olacaq".
Report