Rusiya taxıl müqaviləsində iştirakını dayandırır
- 30.10.2022, 01:07,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Sevastopolda Qara dəniz donanmasının, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktından sonra taxıl sazişində iştirakını dayandırıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu il oktyabrın 29-da Kiyev tərəfindən həyata keçirilən terror aktını nəzərə alaraq, Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırır”, - məlumatda deyilir.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, taxıl sazişinin icrası qeyri-müəyyən müddətə dayandırılır. Rusiya taxıl sövdələşməsində iştirakını dayandırdıqdan sonra İstanbuldakı Birgə Koordinasiya Mərkəzində - Xarici İşlər Nazirliyindəki nümayəndələrinə tapşırıqlar verib.
Məlumatda, həmçinin deyilir ki, Rusiya Sevastopolda baş vermiş terror aktına görə “Qara Dəniz Təşəbbüsü”ndə iştirak edən mülki quru yük gəmilərinin təhlükəsizliyinə zəmanət verə bilməz.
Xatırladaq ki, bu il iyulun 22-də İstanbulda Ukraynadan “taxıl dəhlizi”nin işə salınması ilə bağlı saziş imzalanıb.
Report