Lula da Silvanın Braziliyadakı prezident seçkilərində qələbəsi rəsmiləşib


Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lula da Silva ölkəyə 2023-2027-ci illər ərzində üçüncü dəfə rəhbərlik edəcək.

Onun qələbəsi rəsmiləşib.

Ali Seçki Məhkəməsi onun seçkilərin ikinci turunda 50,9 % səs topladığını açıqlayıb.

Səslərin 100 faizinin hesablanması ilə Lula da Silvanın nəticəsi 50,9 faiz olub. Onun rəqibi, hazırkı Prezident Jair Bolsonarunu səsverməyə gələnlərin 49,1%-i dəstəkləyib.

Mütləq rəqəmlərdə Lulanın Bolsonaru üzərində üstünlüyü, demək olar ki, 2,14 milyon səs olub. Ümumilikdə, oktyabrın 30-da keçirilən səsvermədə səs hüququ olan 156,4 milyon vətəndaşdan 118,55 milyon seçici iştirak edib.

Qeyd edək ki, 77 yaşlı Luis İnasiu Lula da Silva (və ya qısaca Lula) 2003-cü ildən 2010-cu ilədək Braziliyanın Prezidenti olub. O, Sosialist Fəhlə Partiyasının həmtəsisçisi və fəxri sədridir. Beş dəfə prezident seçkilərində iştirak edib. İlk üç dəfə (1989, 1994 və 1998-ci illərdə) məğlub olub. O, 2002-ci ildə seçilib, 2006-cı ildə isə yenidən seçilib.

2010-cu ildə “Time” jurnalı Lulanı “dünyanın ən təsirli insanı” adlandırıb.

Lula 2017-ci ildə korrupsiya və çirkli pulların yuyulması işi üzrə 9,5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2019-cu ilin noyabrında azad edilib. 2021-ci ilin martında Braziliyanın Federal Ali Məhkəməsi ona qarşı bütün ittihamları ləğv edib.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri