Azərbaycanlı hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsi oyununa təyinat alıb
- 31.10.2022, 12:41,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
35 yaşlı hakim Danimarkada "Kopenhagen" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçiriləcək VI tur matçını idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 2-də "Parken" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.