“Şükür olsun, az-çox gəlirim var”.
Ötən ay ad günündə özünə sevdiyi avtomobili hədiyyə edəcəyini söyləyən tanınmış teleaparıcı Günel Hümbətova verdiyi sözünə əməl edib.
O, bir neçə gündür ki,“Range Rover Evoque” markalı avtomobilinin sükanı arxasındadır.
Bəzi həmkarlarından fərqli olaraq Günel reklam ardınca qaçmır. Sırf bu səbəbdən də o, yeni avtomobili ilə fotosessiya etmək istəyimizi bir neçə dəfə təxirə salmışdı. Həftəsonu paytaxtımızdakı ticarət mərkəzlərinin birində onunla təsadüfən rastlaşdıq.
“Sizdən qaçmaq mümkünsüzdür”, - deyən Hümbətova fotokameramız qarşısına keçməyə razılaşdı. Axşamüstü olduğundan o, açıq havada şəkil çəkdirməyəcəyi tələbini irəli sürdü: “Bu mənim xasiyyətimə zidd olan bir şeydir, insanların gur olduğu yerdə avtomobili kimlərəsə göstərim.
Bəli, çoxdankı arzum idi “Range Rover Evoque” avtomobili alım. Allah-Təala məni bu istəyimə çatdırdı. Bununla öyünmək istəmirəm. Oxucularınıza da məlum olsun ki, bundan əvvəlki maşını satdım.
Açıq deyəcəyəm, “Evoque” üçün tələb olunan məbləğin qalan hissəsini kreditlə ödəyəcəm. Şükür olsun, az-çox gəlirim var. Təşkil olunan tədbirlərdə, partilərdə aparıcı kimi çıxışımın qonorarı elə də az deyil. Kredit uzun müddətli olduğundan pulu ödəməkdə heç bir problemim olmayacaq. Allahdan hər kəsin arzusunu çin etməsini diləyirəm”.
Ortaq qərarımız o oldu ki, çəkilişi “Qış bulvarı”nın altında yenicə istifadəyə verilən qarajda edək. İstəyimizə nail olduq.
Çox sözə gərək yox deyib, cazibədar aparıcımızın bahalı avtomobilini “Fotolar danışır” rubrikasında sizə təqdim edirik.
Qeyd edək ki, “Range Rover Evoque”un satış qiyməti 70-75 min manat arasında dəyişir.
Şəkilləri böyetmək üçün üstünə tıklayın:
milli.az