Teymur Musayev: "Azərbaycanda reaktiv maddə problemi yoxdur"


"Heç bir laboratoriyada reaktiv maddə problemi ola bilməz".

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə,Ukraynadakı mövcud vəziyyətlə əlaqədar laborator analizlərin götürülməsində istifadə olunan reaktiv maddə çatışmazlığının aradan qaldırılması üçün Nazirlər Kabinetinin göstərişi ilə mart ayında alternativ mənbələr müəyyən olunub: "Azərbaycana bütün dərman vasitələri, laborator reaktiv maddələr və istifadə olunan birdəfəlik tibbi ləvazimatlar alternativ şəkildə digər ölkələrdən gətirilərək anbarlarda saxlanılır. Hazırda bu sahədə heç bir korluq yoxdur. Topdansatışla məşğul olan şirkətlərə müraciət edərək həmin məhsulları əldə etmək olar. Əgər belə problemlə qarşılan vətəndaş olsa, Səhiyyə Nazirliyinə müraciət etsin. Hər bir belə fakt fərdi şəkildə araşdırılacaq və vətəndaşın məmnunluğu təmin ediləcək".
Şərhlər
Sosial bölməsinin xəbərləri