“Azərxalça” Zəfər günü münasibəti ilə yeni satış və nümayiş qalereyasının təqdimatını etdi
- 05.11.2022, 00:21,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərxalça” ASC 8 noyabr Zəfər günü ərəfəsində həyata keçirilən tədbirləri sırasına öz tarixinin ikinci ən böyük satış və nümayiş qalereyasının açılışını əlavə etdi.
Milli dəyərlərimizə hörmət və ehtiramla yanaşan “Four Seasons Hotel” və “Azərxalça” ASC əməkdaşlığı uğurla davam etdirilir. 4 noyabr 2022- ci il tarixində xarici turistlərin çox baş çəkdiyi və şəhərimizin ən gözəl hotellərindən biri - “Four Seasons Hotel Baku” daxilində lobbi vitrininin açılışı baş tutub.
Açılışda Cəmiyyət və Hotel rəhbərliyi ilə yanaşı, media nümayəndələri, incəsənət xadimləri, ictimai xadimlər də iştirak ediblər.
Açılışı “Azərxalça” İdarə Heyətinin sədri Emin Məmmədov edib: “Söhbət ənənəvi sənətkarlıqdan gedirsə, Azərbaycanın çox zəngin irsi var. Məqsədimiz qədim adət-ənənələrimizi qorumaq və bununla da gələcək nəslin əcdadlarımızın dəyərli bacarıq və sənətlərindən həzz almasına imkan yaratmaqdır. Bu işdə biz sənətkarlığın və mədəniyyətin qorunub saxlanmasını əsas götürən brend - “Four Seasons Hotels and Resorts” ilə əməkdaşlıq etməkdən şərəf duyuruq”.
Butikə gələcək qonaqlar canlı şəkildə xalçaların necə yarandığının, bu çətin əl əməyinin pərdə arxası görüntüləri ilə tanış olacaq, canlı olaraq xalça toxuma prosesində həzz alacaqlar.
Bundan əlavə, “Azərxalça” ilə əməkdaşlıq çərçivəsində “Four Seasons Hotel Baku”nun foyesi 8 Noyabr Zəfər Günü münasibəti ilə görülən işlər çərçivəsində 4-18 noyabr tarixlərində heyrətamiz mərkəz elementi ilə bəzədiləcək.
Hər biri dünyaca məşhur 4 Qarabağ xalçasından (Çələbi, Malıbəyli, Xətai və Qasımuşağı) hazırlanmış dörd uçan Qarabağ atının instalyasiyası 30 illik işğaldan azad edilmiş qədim Qarabağ torpaqlarının unikal mədəniyyətinin dirçəlişini simvollaşdırır. Çarpışan Qarabağ atları dünyanın ən qədim və ən qiymətli cinslərindən olub Azərbaycan xalqının milli irsinin və qürurunun simvolu kimi təqdim olunur.
“Azərxalça”nın Yaradıcı qrupu Qarabağ lobbisinin instalyasiyasını konseptuallaşdırıb.
“İnstalyasiya böyük qələbədən sonra Qarabağın çiçəklənməsi və inkişafının simvolu kimi qaçan atların ifadəsini göstərir. Nümayiş olunan naxışların hər biri ölkəmizin zəngin tarixini əks etdirir, bəzi naxışlar XVII əsrə aiddir və Səfəvilər sülaləsi dövründə toxunmuşdur. Dizaynları butikimizdən əldə etmək olar”, - deyə Yaradıcı qrupun üzvləri şərh ediblər.