Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib
- 05.11.2022, 14:57,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.
Ilk olaraq 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi yarımfinalda macarıstanlı Attila Unqvariyə qalib gəlib. O, qızıl medal uğrunda belçikalı Mattias Kasse ilə görüşəcək.
73 kq-dakı Hidayət Heydərov ispaniyalı Salvador Rokaya qalib gələrək finalda kanadalı Artur Margelidona rəqib olub.
Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andreya Leskiyə yenilib.
Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.