Bakıda 13 yaşlı qız 16-cı mərtəbədən düşərək ölüb
- 29.04.2013, 00:37,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
13 yaşlı qız faciəli şəkildə ölüb. Nəsimi rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 28 May küçəsində, Dəmiryol İdarəsinin yaxınlığında baş verib.
Həmin ünvanda yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yaşayan ailənin 13 yaşlı Sunay adlı qızı yaşadığı binanın eyvanından düşərək ölüb.
Hazırda hadisə yerində Bakı şəhər Baş Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları işləyir.
Hadisənin intihar olub-olmadığı araşdırılır.