Hindistanda qatar altında qalanların sayı 37 nəfərə çatıb
- 20.08.2013, 01:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hindistanda qatar altında qalanların sayı 37 nəfərə çatıb. APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bundan öncə yerli KİV-də yer alan xəbərlərdə hadisə nəticəsində 35 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilirdi.
Qeyd edək ki, hadisə Hindistanın Bixar ştatında bir qrup zəvvarın Dhamara stansiyasında dəmir yolunu keçmək istəyərkən baş verib. Sürətli qatarın sözügedən stansiyada dayanacağı nəzərdə tutulmasa da, zəvvarların əksəriyyəti qatarın hərəkətinin dayandıracağını düşünüb. Qatarın maşinisti insanların olan yerdən bir neçə yüz metr aralıda əyləci işə sala bilib, lakin bu, faciənin qarşısını almayıb.
Bundan hiddətlənən kütlə maşinisti qatardan çıxarıb və möhkəm döyüb. Bundan sonra naməlum şəxslər iki vaqonu yandırıb.
Mütəxəssislər xilasetmə əməliyyatına başlaya bilmir. 5 min nəfər stansiyaya girişi bağlayıb. Dəmir yolunda qatarların hərəkəti iflic olub.