“Bu şəhərdə”-nin “Qəşş Əng" adlı konsert proqramı baş tutub

 


 Noyabr ayının 5,6 və 9-u Heydər Əliyev sarayında "Bu şəhərdə"-nin  "Qəşş Əng" adlı  solo konserti baş tutub. Konsert komandanın 22 yaşına həsr olunub. 

Aparıcılığını Saleh Bağırovun etdiyi gecəni izləməyə gələnlər arasında incəsənət aləminin tanınmış simaları da yer alıblar.

Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov bir-birindən maraqlı səhnəciklər nümayiş etdiriblər. 

 Onların arasında- "Real tvdə Mir şahinin taxtı", "Ciddi karantin rejimi", "Məmurənin kürəkənləri".

 Rafael və Coşqunun müğənni Niyaməddin Musayevə və Məleykə Əsədovaya, mərhum Xalq artistləri

Nəzakət Məmmədovaya və Gülağa Məmmədova parodiyaları gecəyə xüsusi rəng qatıb.

Gecənin sonunda Rafael İsgəndərov ənənəyə sadiq qalaraq  Sirtuş Çölçəmənli obrazını canlandırdı. Bu dəfə məşhur tamadanın qonaqlari toyxana parkovşiki, Rühəngiz Musavi  və  sevilən azərbaycanlı- ərəb cütlüyü oldu.

"Bu şəhərdə"nin 33-cü konserti böyük anşlaqla keçdi və hamının zövgünə oxşadı.







Şərhlər
Şou-biznes bölməsinin xəbərləri