Bayden və Si Cinpin G20 sammiti çərçivəsində görüşəcək


ABŞ Prezidenti Cozef Bayden noyabrın 14-də İndoneziyada "Böyük İyirmiliy"in (G20) sammiti çərçivəsində çinli həmkarı Si Cinpinlə görüşəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.

Bayden Çinlə Ukrayna və KXDR ətrafında vəziyyəti, kütləvi qırğın silahlarının yayılmaması səylərini müzakirə etmək niyyətindədir.
Şərhlər
Dünya bölməsinin xəbərləri