Rəşad Dağlı tanışına 14 bıçaq zərbəsi vurub - MƏHKƏMƏ
- 10.11.2022, 22:17,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) tanışı İskəndər Mehtiyevə ümumilikdə 14 bıçaq zərbəsi vurub.
Bu barədə Qaradağ Rayon Məhkəməsində istintaq materialları elan edilərkən qeyd olunub.
Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə meyxanaçı özünü təqsirli bilib.
O deyib ki, hadisə zamanı İ.Mehtiyevin əlində bıçaq olub: "Özümü müdafiə etməyə çalışdım. Birinci zərbəni onun ürək nahiyəsinə vurmuşam, digərlərini isə xatırlamıram".
Xatırladaq ki, bu gün Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Report