Gəncədə uşaq oyuncağın içindəki mayedən zəhərlənib

Gəncədə iki yaşlı uşaq şampundan zəhərlənib.


Gəncə şəhər 2 saylı uşaq xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 2011-ci il təvəllüdlü Aidə Turan qız Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə 2 yaşlı uşağın həyatı xilas edilib. Araşdırma zamanı məlum olub ki, Aidə Əhmədzadə içərisində köpük olan uşaq oyuncağı ilə oynayarkən səhvən onun içərisindəki şampunu içib.


Hazırda uşağın səhhətinin normal olduğu bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri