Bayden-Cinpin görüşünün təfərrüatları açıqlanıb: "ABŞ "vahid Çin" siyasətinə sadiq qalır"


"ABŞ "vahid Çin" siyasətinə sadiq qalır, Tayvan boğazında status-kvonun dəyişdirilməsinə qarşıdır".

Bu barədə Ağ Evin ABŞ Prezidenti Cozef Bayden və ÇXR sədri Si Cinpinin görüşünün nəticələrinə dair yaydığı bəyanatda deyilir.

Bəyanatda, həmçinin ABŞ və Çin arasında gələcəkdə münaqişənin qarşısını almaq üçün prinsiplərin işlənib hazırlanmasının vacibliyi vurğulanır.

Ağ Evdən bildirilib ki, Bayden Si Cinpinə ABŞ-ın Çinlə fəal rəqabət aparmağa davam edəcəyini söyləyib. ABŞ və Çin rəhbərləri razılaşıblar ki, nüvə müharibəsi heç vaxt aparılmamalıdır və bu müharibədə qalib olmur. Liderlər Ukraynada nüvə silahından istifadə təhdidlərinə də qarşı çıxıblar.

Qeyd edək ki, görüşlə bağlı Çin Xarici İşlər Nazirliyi də açıqlama yayıb.

Açıqlamaya görə, Si Cinpin Baydenə Tayvanın müstəqilliyinin mümkünsüzlüyünə işarə edib. ÇXR rəhbəri, həmçinin bildirib ki, Ukrayna böhranının həlli üçün beynəlxalq birlik bir sıra şərtləri yerinə yetirməlidir.

Məlumat üçün bildirək ki, ÇXR-in sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında görüş üç saat yarımdan çox davam edib.

Görüşdə, eyni zamanda, ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ilə bağlı razılıq da əldə olunub.




Report
Şərhlər
Dünya bölməsinin xəbərləri